Surə adını 1–ci ayədə keçən hüməzə sözündən almışdır. Söz “sıxan, qıran, əngəl olan, ayıblayan, vuran, döyən” mənalarına gəlir. Bu surədə, bir öncəki Qiyamət surəsində, “…yalan saydı və geri durdu, sonra da gərilə–gərilə əhlinə [ailəsinə, yoldaşlarına] getdi” ifadələriylə tanıdılan, şəhvət düşgünü ağılsız insan tipinin bir başqa variantı dilə gətirilmiş, sahibi olduqları mala, mülkə güvənərək, hər şeydən arxayın kimi [...]
Qiyamət surəsi Məkkədə enən 31–ci surədir. Surə adını 1–ci ayədəki “əl–Qiyamət” sözündən alır, qırx ayədən ibarətdir. Bundan əvvəlki Qariyə surəsində, qiyamətin birinci mərhələsi kimi, içindəki hər şeylə birlikdə, kainatın bu günkü nizamının sona çatacağı, ikinci mərhələsi kimi də, yaranacaq yeni mühitdə inanclı–inancsız bütün insanların qarşılaşacaqları hallar açıqlanmışdı. Bu surədə Rəbbimiz, sürdükləri səfadan vaz keçərək, məsuliyyət altına girmək[...]
Qariə surəsi Məkkədə nazil olan 30–cu surədir. On bir ayədən ibarət olan surə, adını 1–ci ayədəki “əl–Qariə” sözündən almışdır. Surədə iki fərqli qiyamət səhnəsi, sanki bir film kimi canlandırılmışdır. Birinci səhnədə qorxunc bir çarpma nəticəsində yaşadıqları şokla, çaşqınlıq içində və nəzarətsizcə davranan insanlar və əvvəlki özəlliklərini itirib şəklini dəyişdirmiş, sanki didilmiş rəngli yun topaları halına gəlmiş dağlar[...]