HƏCC SURƏSİNİN TƏBYİNİ

Adını 27-ci ayədəki الحج [əl-Həcc] sözündən alan surənin Mədinədə 103-cü sırada endiyi qəbul edilir. Surənin tamamının və ya əksəriyyətinin Məkkədə endiyi; tamamının və ya əksəriyyətinin Mədinədə endiyi, bir hissəsinin Məkkədə bir hissəsinin də Mədinədə endiyi yönündə nəqllər mövcuddur. [1]  Surənin çox ayələrinin, üslub olaraq Məkki ayələrə bənzədiyi doğrudur. Amma bunun səbəbi, bizcə bu ayələrin Məkkədə enməsi deyil, Məkkəliləri [...]

NUR SURƏSİNİN TƏBYİNİ

Adını 35-ci ayədəki نور [nur] sözündən alan surənin, Mədinədə 102-ci sırada endiyi qəbul edilir. Surədə; zina, zina iftirası, həyat yoldaşına zina isnadı ilə əlaqədar hökmlər, ailədaxili və ictimai davranışlara yönəlik etika qaydaları, Allahın tanıdılması, “ifk” əhvalatı və onun əks-sədaları kimi bir-birindən asılı olmayan bir çox nəcm yer alır. Nəcmlərin sıralanmasında xronoloji ardıcıllıq yoxdur. Çünki bu surəyə yerləşdirilən[...]

HƏŞR SURƏSİNİN TƏBYİNİ

Adını ikinci ayədəki الحشر [əl-həşr/toplanma] sözündən alan bu surənin, Mədinədə 101-ci sırada endiyi qəbul edilir. Surəyə, içərisində Mədinədəki Nadiroğullarının [bunlar Rəsulullahla etdikləri əhdi pozan, sonra da Rəsulullaha sui-qəsd planlayan Yəhudilərdir] sürgün edilməsindən bəhs edildiyi üçün “Nadiroğulları surəsi” də deyilir. Surədə, Nadiroğulları döyüşü, bu döyüş sonrasında qənimətlərin bölünməsi və bu bölünmə zamanı baş verən hadisələr və münafiqlərlə Yəhudilərin müttəfiqlik[...]