Adını ilk ayədəki الرحمن [ər-Rəhman] ismindən alan surənin Mədinədə 97-ci sırada endiyi qəbul edilir. Rəvayətlərin və üslubunun Məkki olmasından hərəkətlə Hasan Basri, Urve b. əz-Zübeyr, İkrimə, Ata və Cabir kimi bir çox alim surənin Məkki olduğunu düşünür. İbn Abbas da, 29-cu ayədən başqa qalanının Məkkədə endiyini qəbul edir. [1] Bizim fikrimizcə surə Mədinədə enmişdir, ancaq müxatiblərinin Məkkəli [...]
Adını 13-cü ayədəki الرعد [ər-Rad] sözündən alan surənin Mədinədə 96-cı sırada endiyi qəbul edilir. Bəziləri 1-30-cu ayələrin, bəziləri 31-32-ci ayələrin, bəziləri də 11-13-cü ayələrin Mədəni olduğunu söyləmişdilər. Digərləri 31-ci və 43-ci ayələrin Məkki, qalanlarının Mədəni; Hasan Basri, İkrimə, Ata və Cabir surənin bütünlüklə Məkki, Kelbi və Mukatil isə bütünlüklə Mədəni olduğu qənaətindədir. [1] Ayələrin üslub və məzmununu[...]
Mədinədə enən Muhəmməd surəsi, 95-ci surə olaraq qəbul edilir. Adını 2-ci ayədə keçən محمّد [Muhəmməd] kəliməsindən alan surənin ümumi məzmunu və 20-ci ayədəki قتال [qıtal/döyüş] sözünə görə surəyə “Qıtal surəsi” də deyilir. Nəcmləri nəzərə alındığında surənin Mədinə dövrünün müxtəlif zamanlarında endiyi, bəzi bölmələrinin isə Məkkənin fəthindən sonra endiyi anlaşılır. 13-cü ayənin Vida həccindən sonra, Rəsulullahın Məkkədən çıxıb Kəbəyə[...]