ĞAŞİYƏ SURƏSİNİN TƏBYİNİ

“غاشية Ğaşiyə” surəsi Məkkədə enən 68-ci surədir. Adını 1-ci ayədəki “Ğaşiyə [Bürüyən]” sözündən almışdır.

Bu surədə də yenə möminlərin və müşriklərin axirətdəki vəziyyətləri ələ alınmışdır. Afaqdakı [kainatdakı, xarici aləmdəki] bir çox ayəyə işarət edilərək müşriklərdən ağıllarını başlarına almaları istənmiş, Rəsulullaha isə əsl vəzifəsi xatırladılaraq, insanlara öyüd verməsi əmr edilmişdir.

Mətnindən anlaşıldığına görə, surə bir dəfəyə tam halda endirilmişdir.

TƏRCÜMƏ:

RƏHMAN RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 288

1Bürüyənin xəbəri sənə gəldimi?

2,3Elə insanlar var ki, o gün işləmiş, yorulmuş olmasına baxmayaraq, əyilmiş, aşağılığa düşmüşdür, 4,5Onlar qızışmış bir atəşə atılırlar, qızğın bir bulaqdan içirlər.

6,7Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur.

8–16Elə insanlar da var ki, o gün nemətlər içindədirlər, işlədikləri üçün məmnundurlar, yüksək bir cənnətdədirlər, orada heç bir boş söz eşitməzlər. Orada axan bir bulaq vardır. Orada yüksəldilmiş taxtlar, qoyulmuş qədəhlər, düzülmüş yastıqlar, sərilmiş xalılar vardır.

(68/88, Ğaşiyə/1–16)

Nəcm: 289

 

17Yaxşı, yenidən dirilməyə inanmayanlar, dəvələrə/yağış yüklü buludlara baxmırlarmı ki, onlar necə yaradılmışdır?

18Və göy üzünə baxmırlarmı ki, o necə yüksəldilmişdir?

19Və dağlara baxmırlarmı ki, onlar necə dikəldilmişdir?

20Və yer üzünə baxmırlarmı ki, o necə sərilmişdir?

(68/88, Ğaşiyə/17–20)

Nəcm: 290

21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən.

(68/88, Ğaşiyə/21–22)

Nəcm: 291

 

23,24Ancaq/gözünüzü açın, kim üz çevirərsə və küfr edərsə, artıq Allah ona ən böyük əzab ilə əzab edəcək.

25Şübhəsiz ki, onların dönüşləri yalnız və yalnız Bizədir.

26Sonra, şübhəsiz ki, onların hesabı da yalnız və yalnız Bizə aiddir.

(68/88, Ğaşiyə/23–26)

Təhlil:

1Bürüyənin xəbəri sənə gəldimi?

Surə, insanların başına gələcək və xilas olmalarının mümkün olmayacağı böyük fəlakətə diqqət çəkilərək peyğəmbərə və tüm dinləyənlərə yönəldilən bir sualla başlamışdır. Bu sual, cavabı bəlli olan bir sualdır və mənası  “Bürüyənin xəbəri sənə gəlibdir” deməkdir.  Xəbəri gələn bu hadisə, dəhşət və qorxu­ducu hallarıyla bütün məxluqatı bürüyəcək olan qiyamətdir. Bu ifadələr ilə müşriklər qorxudulur, möminlər isə müjdələnir.

Qiyamətin bütün insanlığı sarıb bürüyəcəyi, cəhənnəmin də inkarçıları bürüyəcəyi bir çox ayədə (Ta Ha/135, Vaqiə/1-7, İbrahim/48-51, Yusuf/107, Ənkəbud/55, Əraf/41) bildirilmişdir.

2,3Elə insanlar var ki, o gün işləmiş, yorulmuş olmasına baxmayaraq, əyilmiş, aşağılığa düşmüşdür, 4,5Onlar qızışmış bir atəşə atılırlar, qızğın bir bulaqdan içirlər.

6,7Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur.

Bu ayələrdə, “غاشية ğâşiyə” deyə xarakterizə edilən hadisə anında meydana gələcək hallardan müşriklərə yönəlik olanlar qısaca nəql edilir: “Üzlər [insanlar] var ki, o gün işləmiş, yorulmuş olmasına baxmayaraq, əyilmiş, aşağılığa düşmüşdür, Onlar qızışmış bir atəşə atılırlar, qızğın bir bulaqdan içirlər.Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur.

“وجوه Vücûh [üzlər]” sözü ilə insanların “zat”ları qəsd edilmiş olub, ayədə bir “cüz’iyyet məcaz-i mürsəli” edilmişdir. Qəsd edilən kimsələr bilavasitə o üzlərin sahibləridir. Sözü edilən bu üzlər isə, o gün bürünəcəkləri xüsusiyyətlər etibariylə inkarçıları təmsil edir. Vəsiqəlık fotoşəkildəki bir üz necə o adamın bütün varlığını təmsil edirsə, “üz” sözü də Ərəbcədə varlıqların ən müəyyən edici orqanı olduğuna görə o üzün aid olduğu varlığı təmsil edir.

Günahkarların axirətdəki zəlillikləri; qızğın atəşə atılmaları, qaynar su, irin içirilmələri, tikan yedirilmələri və digər alçaldılma şəkilləri bir çox ayədə dilə gətirilmişdir. Bu ayələrdən bəzilərini nəql edirik:

  • 12Günahkarları Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” – deyərlərkən bir görsən!  (Səcdə/12)
  • 45Və sən onları alçaqlıqlarına görə, başları önə əyilmiş, gözucu gizli-gizli ət­ra­fa baxarkən, atəşə atıldıqlarını görəcəksən. İman edənlər isə: “Şübhəsiz, zə­rərə uğrayanlar, özlərini və ailələrini, yaxınlarını Qiyamət günü zərərə uğratmış olan insanlardır”– dedilər. Gözünüzü açın! Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, həmişəlik bir əzab içindədirlər.  (Şura/45)
  • 108O gün heç bir əyriliyi/səhvi olmayan o dəvətçiyə uyarlar və Rəhman üçün səslər qısılmışdır. Artıq sadəcə, yüngül bir səs eşidəcəksən. (Ta Ha/108)

Və Saffat/161-163, Haqqa/30-37, Nisa/115, Rəhman/44, Kəhf/29, Müzzəmmil/12, 13, Saffat/63, Duhan/43, Vaqiə/52.

Quranın bəzı yerlərində cəhənnəmliklərin zəqqum və irindən başqa yeməklərinin olmadığı ifadə edilərkən, burada quru bir tikandan başqa yeməklərinin olmadığı anladılır. “Quru bir tikan” ilə “yararsız, insan yeməyi olmayan, əzab edilənlərin də yeməyəcəyi bir yemək” qəsd edilmiş və müşriklər alçaldılmışdır.

2-ci ayədəki “çalışmış, yorulmuş olmasına baxmayaraq” ifadəsindən, haqqında bəhs edilən inkarçılar qrupunun bir şeylər etmiş olduqları, amma əməklərinin boşa getdiyi anlaşılır.

Belə ki, imansız olaraq işlənən əməllərin işə yaramayacağı, tərəziyə qoyulmayacağı bir çox dəfə xəbərdar edilmişdir:

  • 103De ki: “Əməllər baxımından ən çox zərərə uğrayanları xəbər verimmi? 104Onlar qondarma olaraq, gözəllik etdiklərini sanarkən, dünyadakı çalışmaları da boşa getmiş olan insanlardır”.
  • 105Bax budur, onlar Rəbbinin ayələrini və Ona çatmağı bilə-bilə rədd etmiş/inanmamış insanlardır və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq Qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik.
  • 106Bax budur, kafirliklərinə/Allahın tanrılığını və rəbbliyini bilərək rədd etdiklərinə, mənim ayələrimi və elçilərimi lağa qoyduqlarına görə, onların yeri və cəzaları cəhənnəmdir. (Kəhf/103-106)
  • 85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır. (Al-i İmran/85)
  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Al-i Imran/91)

8–16Elə insanlar da var ki, o gün nemətlər içindədirlər, işlədikləri üçün məmnundurlar, yüksək bir cənnətdədirlər, orada heç bir boş söz eşitməzlər. Orada axan bir bulaq vardır. Orada yüksəldilmiş taxtlar, qoyulmuş qədəhlər, düzülmüş yastıqlar, sərilmiş xalılar vardır.

İnkarçılarla əlaqədar anlatmadan sonra bu ayə qrupunda da möminləri əhatə edən axirət şəraiti və oradakı halları anladılır. Möminlər, çəkdikləri məşəqqətlər və salihat işləmələri qarşılığında axirətdə bütün bunların qarşılığını artıqlamasıyla almışlar və çox xoşbəxt bir vəziyyətdədirlər.

Cənnətliklərin halları Quranda bir çox (Muttaffifin/22-24, Nəbə/31-37,  İnsan/5-22, Vaqiə/15-26, Yunus/26, Hicr/45 48, Məryəm/62, Tur/23)  dəfə nəql edilmişdir:

17Yaxşı, yenidən dirilməyə inanmayanlar, dəvələrə/yağış yüklü buludlara baxmırlarmı ki, onlar necə yaradılmışdır?

18Və göy üzünə baxmırlarmı ki, o necə yüksəldilmişdir?

19Və dağlara baxmırlarmı ki, onlar necə dikəldilmişdir?

20Və yer üzünə baxmırlarmı ki, o necə sərilmişdir?

Bu ayə qrupunda Rəbbimiz zehinləri afaqdakı [xarici aləmdəki, kainatdakı] ayələrə yönəldərək, insanların bu ayələr haqqında müşahidə aparmalarını istəyir. Bunu sual yönəldərək etməsi, bəhs edilən ayələri gördükləri halda həqiqəti/reallığı anlamayanları qınama mənası daşıyır. Belə ki, təfəkkürə əsaslanan bir müşahidənin sonunda Allaha inanmamaq və Onun yer üzünü və bütün kainatı bir əcəl ilə yaratdığını anlamamaq mümkün deyildir.

Dağlar, göy üzü və ərzə yönəlik ayələr daha əvvəl bir çox dəfə geniş şəkildə nəql edilmişdi. Burada xüsusilə diqqət çəkilən nöqtə “İbil”in yaradılışı faktıdır.

17-ci ayədə keçən “إبل ibil” sözü, ilk rəsmi düzülüş tərcümələrində “ا ب ل ebl” hərfləriylə hərəkəsiz olaraq yazılıdır. Bu sözü hərəkələyərkən [səs verərkən] “إبل ibil” və ya “إبّل ibbil” olaraq oxumaq mümkündür. Söz “ibil” şəklində oxunarsa, “dəvə”; “ibbil” şəklində oxunarsa, “yağış yüklü bulud” mənasına gəlir. [1]

Əl-Əsmai Əbu Said Abdulməlik b. Kuraybın nəql etdiyinə görə, Əbu Amr belə demişdir: “Artıq onlar baxmazlarmı dəvənin necə ya­radıldığına?” buyruğundakı “İbil” kəlməsini şəddəsiz olaraq oxuyanların bu oxuması ilə məqsəd dəvədir. Çünkü dəvə dörd ayaqlılardandır. Yerə çökər və üzərinə yük vurulur. Digərləri isə dörd ayaqlı olmaqla birlikdə, yük on­lara ayaq üstə olduqları halda vurulur.

Bu kəlməni şəddəli olaraq oxuyanların oxumasına görə isə, bununla su və yağış daşıyan buludlar qəsd edilmiş olur. [2]

Kəlmənin qiraəti əsasən “ إبل ibil [dəvə]” deyə qəbul edilmiş olsa da, biz hər iki oxunuşa görə də dəyərləndirmə edəcəyik:

 Dəvə. Vəhyin ilk müxatibləri olan ərəblərin diqqəti yaşayış sahələrindəki ən əhəmiyətli heyvan olan dəvəyə çəkilmiş, dəvənin yaradılış xüsusiyyətləri üzərində düşünərək Allahı tanımaları, təqdir etmələri nəticəsinə varmaları istənmişdir.

Müşahidə edildiyində, Allahın dəvəni insana boyun əydirdiyi, kiçik bir uşağın belə dəvəni idarə edə bildiyi görünür.

Dəvə bir çox heyvanın xüsusiyyətlərini tamamilə daşıyır. Rəbbimiz, insanlar tərəfindən yetişdirilən heyvanları müxtəlif məqsədlərdən ötrü – kimini əti yeyilsin, kimini südü içilsin, kimini səfərdə minilsin, kimini də insanların əşyalarını daşısın deyə yaratmışdır. Bu heyvanların içində insanlara bəzək və gözəllik olsun deyə yaradılanlar da vardır. Həqiqət budur ki, sayılan bu xüsusiyyətlərin hamısı da dəvədə mövcuddur. Çünki əti yeyilir, südü içilir, yük daşıdılır, üzərinə minilir, dərisindən və yunundan istifadə edilir. Bu xüsusiyyətlərinə görə də, bölgə insanının ən sevimli varlığıdır.

  • 71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.
  • 72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.
  • 73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər? (Ya Sin/71-73)
  • 5Heyvanları O yaratmışdır. Onlarda sizi isidəcək şeylər və bir çox yararlar vardır. Siz, onlardan bir qismini də yeyirsiniz.
  • 6Və heyvanlarda axşam vaxtı gətirdiyinizdə və səhərlər örüşə apardığınızda sizin üçün bir gözəllik vardır.
  • 7Və heyvanlar, ancaq canınızın bir parçası tükənərək/çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyırlar. Şübhəsiz, sizin Rəbbiniz, qətiliklə çox şəfqətli, çox mərhəmətlidir.
  • 8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır. (Nəhl/5-8)

Dəvənin hər kəs tərəfindən bilinən başqa xüsusiyyətləri də vardır:

Hər şeydən əvvəl, vücudundakı hər detal ayrı bir yaradılış möcüzəsidir. Çölün yandırıcı istisində hər cür canlının ən böyük ehtiyacı sudur. Çöldə su tapmaq isə son dərəcə çətindir. Həmçinin ucsuz-bucaqsız qum dənizinin ortasında yemək tapmaq da su təmin etməkdən daha asan deyildir. Bütün bu çətinliklərə görə də, çöldə yaşaya biləcək bir heyvan aclıq və susuzluğa çox dayanıqlı olmalıdır.

Belə ki, dəvə aclıq və susuzluğa son dərəcə dözümlü yaradılmışdır. Belə ki, 50 dərəcə istidə tam 8 gün boyunca ac və susuz yaşaya bilir.

Günlərlə susuz yaşaya bilən dəvə, bir su qaynağı tapdığında özünə uzun müddət çatacaq miqdarda su tədarük etmək qabiliyyətiylə yaradılmışdır. 10 dəqiqədə vücud ağırlıqlarının üçdə biri qədər su içə bilirlər. Bu miqdar bəzən bir dəfədə 130 litrə suya çatır.

Aclığa qarşı dəvənin vücudunda xüsusi bir bəsləmə deposu yaradılmışdır. Bu depo dəvənin belindəki hörgücüdür.

Hörgüc içində 40 kiloya yaxın yağ toplanır. Bu toplanma sayəsində dəvə günlər boyunca heç yemək yemədən yol gedə bilir.

Çöldə olan yeməklərin çoxu quru və tikanlıdır. Belə ki, dəvənin həzm sistemi bu mürəkkəb şərtlərə də uyğun olaraq yaradılmışdır. Heyvanın dodaqları və dişləri iti tikanları belə rahatlıqla yeməsini təmin edəcək quruluşdadır. Xüsusi bir dizayna sahib olan mədəsi isə çöldəki demək olar ki, hər bitkini üyüdə biləcək qədər güclüdür.

Çöllər qəfildən başlayan şiddətli küləkləri ilə məşhurdur. Bu küləklər əsasən qum fırtınaları şəklində əsərlər. Bu fırtınaların sovurduğu kəskin qum dənəcikləri boğucu və kor edicidir. Uca Allah, bu çətin şərtləri aşa bilməsi üçün dəvənin vücudunda yenə xüsusi qoruma sistemləri yaratmışdır.

Dəvənin göz qapaqları şəffafdır. Bu qapaqlar heyvanın gözlərini həm tozdan və qum dənələrindən qoruyur, həm də gözləri qapalıykən belə, işığı görə bilməsini təmin edir. Uzun və sıx kirpikləri isə gözünə toz girməsinə izin verməyəcək şəkildə yaradılmışdır.

Dəvənin burnunda da xüsusi bir dizayn vardır. Qum fırtınası başladığı anda, burun dəlikləri xüsusi qapaqcıqlarla qapanır.

Çöldə səfər edən bir vasitə üçün ən böyük təhlükələrdən biri quma batmaqdır. Ancaq yüzlərlə kilo yük daşımasına baxmayaraq, dəvə üçün belə bir təhlükə yoxdur. Çünki dəvənin ayaqları da çöl üçün xüsusi yaradılmışdır.

Heyvanın geniş ayaq barmaqları quma gömülməsinə mane olur və bir qar ayaqqabısı kimi iş görür.

Dəvənin uzun ayaqları da gövdəsini çöl zəmininin yandırıcı istisindən uzaq tutar.

Dəvənin vücudu sıx və sərt tüklərlə örtülüdür. Bu tük örtüyü, heyvanı həm günəşin yandırıcı şüalarından, həm də günəş batdıqdan sonra başlayan çöl soyuğundan qoruyur.

Dəvənin vücudunun müəyyən yerlərində qalın və qoruyucu dəri təbəqələri vardır. Bu sərt təbəqələr, dəvə qızğın quma oturduğu zaman qumla təmas edəcək yerlərə yerləşdirilmişdir. Bu sayədə heyvanın dərisi istidən qovrulmaz. Bu sərt dəri təbəqələri zamanla əmələ gələn bir döyənək deyildir. Dəvə bunlarla birlikdə doğulur. Bu xüsusi dizayn, dəvənin yaradılışındakı mükəmməlliyi bir daha göstərir.

Dəvənin bütün bu xüsusiyyətləri üzərində diqqətlə düşünülməlidir: Susuzluğa dözməsini təmin edəcək xüsusi sistemləri, aclığa dözməsini təmin edəcək hörgücü, quma batmasına mane olan ayaq quruluşu, gözlərini qumdan qoruyan şəffaf göz qapaqları, kirpikləri, qum fırtınalarına qarşı xüsusi dizayna sahib burnu, tikanları və çöl bitkilərini yeyə bilməsini təmin edən ağız, diş və dodaq quruluşu, hər cür yeməyi sindirməsini təmin edən həzm sistemi, qızğın qumdan dərisini qoruyan xüsusi dəri təbəqələri, həm istidən, həm də soyuqdan qorunmaq üçün dizayn olunmuş xüsusi kürkü təsadüf əsəri olmayıb, bu heyvanın ağıllı bir dizaynla yaradıldığını göstərir. Belə bir möcüzə yaradılış da yalnız və yalnız Allahın əsəri ola bilər.

 إبّل İbil [Yağış Yüklü Bulud]. Sözü bu mənasıyla ələ aldığımızda Rəbbimiz Ərəbistan şəraitindəki suya həsrət kimsələrin diqqətlərini yağış yüklü buludlara çəkir. Yağış yüklü buludların o kimsələrin həyatındakı əhəmiyyəti və buludların çox uzaq yerlərdən yaradılaraq onların üzərinə gətirilməsi üzərində düşünmələri istənmişdir.

Bu məna, ayənin ismarıcının Ərəbistan ortamından çıxarılıb, bütün kainata şamil olması nöqteyi nəzərindən məqsədə uyğundur. Belə ki, suyun buxarlanması, buxarın göyə yüksəlməsi, ağırlaşması və sonunda yerə düşməsi şəklindəki fövqəladə dönməsi müddətinə çəkilən diqqət, dəvəyə çəkilən diqqətdən daha uyğun olur. Bu məna eyni zamanda bölmədə diqqət çəkilən “göy üzü, dağlar və yer yüzü” ilə də daha uyğun olur.

Göy üzü, dağlar və yer üzünün müşahidə edilməsi üçün yüzlərlə ayə mövcuddur. Bundan əvvəlki surələrdə bunlardan bir çoxu təqdim edilmişdi.

21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən.

Bu ayələrdə Rəsulullaha əsl vəzifəsi olan öyüdçülük xatırladılır. Kimsəni zorla iman üçün məcbur etməməsi əmr edilir. Bu qədər məqbul dəlilə baxmayaraq, hələ də inanmamaqda dirənənlər varsa, onları məcbur edərək inandırmaq elçinin vəzifəsi deyildir. Elçinin vəzifəsi onlara doğru və yanlış yolları göstərmək və yanlış yola getməyin nəticəsi haqqında onları xəbərdar etməkdir.

Dində məcburiyyətin olmayacağı, hər kəsin inanıb inanmamaqda sərbəst olduğu bir çox ayədə (Bəqərə/256,  Kəhf/29, Ənam/149, Qaf/45, Yunus/99, Təğabun/2, Zümər/7, 15, Fussilət/40, İnsan/2, 3, Hud/28, Nəhl/9, Səcdə/13, Maidə/48, Nəhl/36, 93, Yunus/108, İsra/15, Şura/20, 48, Hud/15, İsra/18, Ənam/35, Rad/31, Şüəra/3, 4-də açıq şəkildə bildirilmişdir.

23,24Ancaq/gözünüzü açın, kim üz çevirərsə və küfr edərsə, artıq Allah ona ən böyük əzab ilə əzab edəcək.

25Şübhəsiz ki, onların dönüşləri yalnız və yalnız Bizədir.

26Sonra, şübhəsiz ki, onların hesabı da yalnız və yalnız Bizə aiddir.

Surənin bu son ayələri isə ümumi bir bəyannamə xüsusiyyətindədir. Hər kəsə yönəlikdir. Bu qədər ayə qarşısında özünü görməməzliyə qoyaraq küfr edənlər [gerçəyi örtməyə çalışanlar] axirətdə cəhənnəm ilə cəzalandırılacaqlar. Ayədə bəhs edilən “ən böyük əzab” cəhənnəm əzabıdır.

  • 20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi/çatacağı yer də atəşdir. Hər çıxmaq istədiklərində ora yenidən çevriləcəklər və onlara: “Yalan sayıb durdu­ğu­nuz atəşin əzabını dadın” – deyiləcəkdir. Heç şübhəsiz ki, dönərlər deyə, onlara böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq. (Səcdə/20, 21)

Kafirlərə iki cür əzabdan bəhs edilir: Birincisi, “edna [bayağı] əzab” deyə xarakterizə edilən bu dünyadakı əzabdır. Həlak edilmə, sıxıntı, əsarət, malın-mülkün, övladın zay olması və ölüm anındakı sıxıntılar bu xüsusiyyətdəki əzabın əhatəsi daxilindədir.

  • 55Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir. (Tövbə/55)
  • 101Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə xalqından da münafiq­li­yə yaxşıca alışmış olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab edəcəyik onlara! Sonra da çox böyük bir əzaba düçar olacaqlar. (Tövbə/101)
  • 26–30Qətiyyən onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” – deyildiyi və can çəkişən insan bunun, o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman… Bax budur, o gün sürüyüb aparılmaq ancaq Rəbbinədir. (Qiyamət/26-30)

Əzab-i əkbər  [ən böyük əzab] isə axirətdəki cəhənnəm əzabıdır.

Ayədəki “ إلاّ من تولّى illa mən təvəlla” ifadəsi, bir tənbeh ədatı olaraq, “  ألا من تولّى əlâ mən təvəllâ” şəklində də oxunmuşdur. [3]

Buna görə də, verdiyimiz tərcümədə hər iki formanın mənasını da göstərmiş oluruq.

Allah doğrusunu ən yaxşı biləndir.

[1] Lisanü’l Arab, c. 1, s. 55,  Tacü’l Arus; c. 14, s. 4, “ebl” mad.

[2] Kurtubi; el Camiu li Ahkami’l Kur’an.

[3] Kurtubi; el Camiu li Ahkami’l Kur’an.