MÖMİN SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 229

 

1Ha/8, Mim/40.[1]

2,3Bu kitabın endirilməsi, çox güclü, ən yaxşı bilən, günahı bağışlayan, tövbəni qəbul edən, əzabı çox çətin olan, bol nemət/ikram sahibi Allah tərəfindəndır. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Dönüş, yalnız və yalnız Onadır.

4Allahın ayələri haqqında sadəcə, kafirlər mübahisə edir. O halda onların, diyarlar içində dönüb dolaşmaları səni aldatmasın.

5Onlardan öncə Nuh qövmü və onlardan sonrakı bəzi müxalif qruplar yalan saydılar. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd etdi/onunla haqqı batillə ləğv etmək üçün mübahisə etdilər. Mən də onları yaxaladım. Bax budur, əzabım necə oldu?

6Və bax budur, beləliklə, kafirlər üzərinə Rəbbinin: “Şübhəsiz onlar atəşin əhlidir” – sözü haqq oldu.

(60/40, Mömin/1–6)

Nəcm: 230

 

7–9Ən böyük taxtı[2] daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar[3] Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”.

(60/40, Mömin/7–9)

Nəcm: 231

 

10Şübhəsiz kafirlərə səslənilir: “Əlbəttə, Allahın nifrəti, özünüzə nifrətinizdən daha böyükdür. Belə ki, siz imana dəvət olunduğunuzda küfr edirdiniz”.

11Kafirlər dedilər ki: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?”

12Bax budur, bu, buna görədir! Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr etdiniz/inanmadınız. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır.

(60/40, Mömin/10–12)

Nəcm: 232

13Allah sizə əlamətlərini/nümunələrini göstərən, sizin üçün göydən bir ruzi endirəndir. Və ancaq könüldən yönələnlər öyüd alırlar.

14Belə isə, kafirlər xoşlanmasa da, dini sadəcə Ona aid qılaraq, Allaha dua edin.

15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir.

16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!”

17Bu gün hər insan qazandığının qarşılığını alacaqdır. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

18Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman qəlblər udqunaraq/dəhşətdən ürpərərək qırtlaqlarına dayanmışdır. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər üçün nə yaxın bir dost vardır, nə də itaət ediləcək bir köməkçi, dəstəkçi, minnətçi…

19Allah gözlərin xainliyini və qəlblərin gizlətdiyini bilir.

20Və Allah haqqı gerçəkləşdirir. Onların Onun yaratdıqlarından yalvardıqları insanlar heç bir şeyi gerçəkləşdirə bilməzlər. Şübhəsiz ki, Allah ən yaxşı eşidənin, ən yaxşı gö­rənin məhz özüdür.

(60/40, Mömin/13–20)

Nəcm: 233

21Onlar yer üzündə gəzmədilərmi ki, özlərindən öncəki insanların sonlarının necə olduğunu görsünlər. Əvvəlkilər yer üzündə qüvvətcə və əsərcə onlardan daha üstün idilər. Yenə də Allah onları günahlarına görə yaxaladı. Və özləri üçün Allahdan qoruyan biri olmadı.

22Bax budur, bu, buna görədir: Özlərinə elçiləri açıq-aşkar dəlillərlə gəlirdilərsə də, onlar küfr etdilər/inanmadılar. Buna görə Allah da, onları yaxaladı. Şübhəsiz ki, O, güclüdür, cəzalandırmağı çox çətindir.

(60/40, Mömin/21–22)

Nəcm: 234

23,24And olsun, Musanı Firona, Hamana və Qaruna ayələrimizlə və açıq bir dəlil ilə elçi olaraq göndərdiksə də, onlar: “Bu bir sehrbaz, böyük bir yalançıdır”  – dedilər.

25Beləcə, Musa qatımızdan onlara bir haqq ilə gəldiyi zaman, onlar: “Musa ilə birlikdə iman edənlərin oğullarını qətl edin/təhsilsiz, təlimsiz buraxıb xüsusiyyətsiz/yararsız bir kütlə əmələ gətirərək gücsüzləşdirin,  qadınlarını isə sağ buraxın” –  dedilər. Kafirlərin planı boşa çıxmaqdan başqa bir şey deyildir.

26Və Firon: “Buraxın məni Musanı öldürüm, o da Rəbbini çağırsın. Şübhəsiz ki, mən onun  sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarma­sın­dan qorxuram” – dedi.

27Musa da: “Şübhəsiz ki, mən Hesab gününə inanmayan hər təkəbbürlüdən, mənim Rəbbim və sizin Rəbbinizə sığınıram” – dedi.

28,29Və Firon ailəsindən imanını gizlədən bir igid insan: “Bir adamı “Rəbbim Allahdır” dediyi üçün öldürəcəksinizmi? Halbuki, o, qətiliklə sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. Və əgər o, bir yalançıdırsa, bir də baxarsan ki, onun yalanı öz əleyhinə olmuşdur. Və əgər doğrudursa, sizə etdiyi təhdidlərin bir qismi sizə isabət edər. Şübhəsiz ki, Allah həddini aşan bir yalançıya bələdçi olmaz. Ey qövmüm! Yer üzündə açığa çıxmış olaraq, bu gün idarəçilik sizindir. Yaxşı, əgər gələcək olarsa, Allahın qəzəbindən kim kömək edib bizi qurtarar?” – dedi.

Firon: “Mən sizə görüşümdən başqasını göstərmirəm və mən, sadəcə sizə rəşidliyin/ağıllı olmağın yoluna bələdçilik edirəm” – dedi.

30–35Yenə o iman etmiş olan insan: “Ey qövmüm! Şübhəsiz ki, mən sizə görə Əhzab gününə bənzər gündən, Nuh qövmünün, Adın, Səmudun və daha sonrakıların başına gələnlərin bənzərindən qorxuram. Və Allah qulları üçün bir haqsızlıq, səhv istəməz. Ey qövmüm! Şübhəsiz ki, mən sizə gələcək o çağırışma/bağırışma/qaçışma günündən – arxanıza dönüb qaçacağınız gündən qorxuram. Sizi Allahdan qoruyan biri yoxdur. Hər kimi də Allah çaşdırırsa, artıq onun üçün bir yol göstərən yoxdur. Və and olsun ki, bundan öncə sizə Yusuf dəlillərlə gəlmişdi. O zaman da, onun sizə gətirdiyi şeylərdə şübhə etmişdiniz. Sonunda o öldüyündə də: “Bundan sonra Allah qətiyyən elçi göndərməz” – dediniz. Allah özlərinə gəlmiş bir güc olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edən, həddini aşan, şübhəyə düşənləri bax budur, belə çaşdırır. Bu vəziyyət Allah qatında və iman edənlər yanında nifrət olaraq böyükdür. Bax budur, Allah hər təkəbbürlənən kobudun qəlbi üzərinə damğa basar” – dedi.

36,37Və Firon: “Ey Haman! Səbəblərə – göylərin səbəblərinə çatmağım üçün mənə bir qüllə düzəlt ki, Musanın ilahının nə olduğunu anlayım. Və şübhəsiz, mən onun yalançı olduğu qənaətindəyəm” – dedi. Bax budur, beləcə, Firona əməlinin pisliyi bəzəkli göstərildi və yoldan çıxarıldı. Və Firon sistemi yalnız və yalnız itkiyə/zərərə uğrayıb acı çəkmə içindədir.

38–44Yenə iman etmiş olan o adam: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yoluna bələdçilik edim. Ey qövmüm! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun məhz özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və kişi və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edərsə, artıq onlar orada hesabsızca ruzilən­mək üçün cənnətə girərlər”. Yenə: “Ey qövmüm! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən, mən sizi qurtuluşa dəvət edirəm! Siz məni Allaha inanmamağa və mənim üçün haqqında heç bir bilik olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi, o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, həqiqətən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və Axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz, həddi aşanlar, cəhənnəm əhlinin məhz özləridir. Artıq siz mənim sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah qullarını ən yaxşı görəndir” – dedi.

45,46Sonra Allah o mömini onların qurduqları tələlərin pisliklərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi – atəş əhatə etdi. Onlar həmişəlik olaraq, atəşə ərz olunurlar. Qiyamət qopacağı gün isə: “Fironun yaxınlarını əzabın ən şiddətlisinə salın!”

(60/40, Mömin/23–46)

Nəcm: 235

47Və onlar, atəş içində bir-birləri ilə mübahisə edərkən, zəif olanlar yekəxanalıq edənlərə:  “Şübhəsiz, bizlər sizə uyan insanlar idik. İndi siz bizdən atəşdən bir hissəni sovuşdura bilərsinizmi?” – deyərlər.

48Yekəxanalıq edənlər: “Şübhəsiz, həmişə/hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir” – dedilər.

49Və atəş içindəki insanlar cəhənnəm gözətçilərinə: “Rəbbinizə yalvarın ki, bir gün də olsa, bizə verilən əzabı bir qədər zəiflətsin/azaltsın” – dedilər.

50Gözətçilər: “Sizə elçiləriniz açıq dəlilləri gətirmədilərmi?” – deyə soruşarlar. Onlar: “Bəli, gətirmişdilər” – deyərlər. Gözətçilər: “Belə isə, özünüz yalvarın” – deyərlər. Kafirlərin yalvarması, sadəcə, çaşqınlıqdır/boşa çıxmışdır.

(60/40, Mömin/47–50)

Nəcm: 236

51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.

52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür.

53,54Və and olsun ki, Biz təmiz ağıl sahiblərinə bir yol göstərici və bir xatırlatma olmaq üçün Musaya “yol göstərmə” verdik və İsrailoğullarına o kitabı miras buraxdıq.

55O halda səbr et. Şübhəsiz, Allahın vədi haqdır. Günahın üçün əfv edilmə istə, həmişəlik olaraq, Rəbbini öyməklə birlikdə, Onu bütün nöqsanlıqlardan münəzzəh qıl.

56Şübhəsiz, özlərinə gəlmiş qəti bir dəlil olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edənlər… Onların qəlblərində ancaq çata bilmə­yə­cəkləri bir təkəbbür vardır. Sən   dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.

57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər.

58Və kor ilə görən eyni olmaz. İman etmiş və düzəltmək yönündə işlər etmiş olanlar və pislik edənlər də eyni deyildir. Nə qədər də az düşünürsünüz!

59Şübhəsiz, o qiyamətin qopma anı, əlbəttə ki, gələcəkdir. Buna heç şübhə yoxdur. Lakin, insanların çoxu buna inanmırlar.

60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi.

61Allah  içində dincələsiniz deyə  gecəni, göz açıcı bir aydınlıq olaraq da, gündüzü sizin üçün nizamlayandır. Şübhəsiz, Allah insanlara qarşı bir ərməğan sahibidir. Lakin, insanların çoxu  verilən nemətlərin qarşılığını ödəməzlər.

62Bax budur, hər şeyin yaradıcısı Rəbbiniz – Allah budur. Ondan başqa tanrı deyə bir şey yoxdur. O halda necə olur ki, döndərilirsiniz!

63Bax budur, Allahın ayələrini bilə-bilə inkar edənlər belə döndərilirlər.

64Allah sizin üçün yer üzünü bir qərargah, göyü də bir bina edən, sizə şəkil verən ki, şəkillərinizi necə də gözəl vermişdir və sizi təmiz şeylərdən ruziləndirəndir. Bax budur, O – Rəbbiniz Allahdır. Bax budur, aləmlərin Rəbbi olan Allah nə səxavətlidir!

65O, diridir. Ondan başqa tanrı deyə bir şey yoxdur. Ona görə də, dini yalnız Onun üçün münəzzəh qılaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz.

66De ki: “Mənə Rəbbimdən açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz, mənə sizin Allahı buraxıb, o sitayiş etdiklərinizə qulluq etmək, qətiliklə, qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olundu. 67O, sonra güclü qüvvətli bir çağa yetişməyiniz, sonra da ixtiyarlar olmağınız, adı qoyulmuş bir müddətə çatma­ğı­nız, həmçinin ağlınızı istifadə etməyiniz üçün  sizi bir torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarır. Sizdən kimisi daha öncə vəfat[4] etdirilir/keçmişdə etdikləriniz və etməli olduğunuz halda etmədikləriniz bir-bir xatırladılır. 68O, yaşadır və öldürür. Artıq O, bir əmr gerçəkləşdirincə, artıq ona sadəcə ‘Ol!’ deyər və o, dərhal olur”.

(60/40, Mömin/51–68)

Nəcm: 237

69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir!

(60/40, Mömin/69–76)

Nəcm: 238

77Artıq sən səbr et! Şübhəsiz ki, Allahın vədi haqdır. Artıq onlara etdiyimiz təhdidin bir qismini sənə göstərsək də və ya səni vəfat etdirsək də/keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq da, onlar yalnız və yalnız Bizə döndəriləcəklər.

78Və and olsun ki, Biz səndən öncə necə elçilər göndərdik. Onlardan kimini sənə an­latdıq, kimini də anlatmadıq. Heç bir elçi Allahın izni/biliyi olmadan bir əlamət/nümunə gətirə bilməz. Artıq Allahın əmri gəlincə də, haqq ilə gerçəkləş­di­rilir. Batilə uyanlar, bax budur, burada itkiyə, zərərə uğrayıb acı çəkdilər.

(60/40, Mömin/77–78)

Nəcm: 239

79,80Allah onlardan bir qisminə minəsiniz deyə, sizin üçün heyvanları yaradan, nizamlayandır. Onların bir qismindən də yeyirsiniz. Və sizin üçün onlarda daha necə mənfəətlər vardır. Və Allah onların üzərində könüllərinizdəki bir arzuya çatarsınız deyə, heyvanları yaradandır, nizamlayandır. Və siz onlar üzərində və gəmilər üzərində daşınırsınız.

81Və Allah sizə əlamətlərini/nümunələrini göstərir. Yaxşı, indi Allahın əlamətləri­nin/nü­­munələrinin hansını tanınmaz hala gətirirsiniz?

(60/40, Mömin/79–81)

Nəcm: 240

82Daha yer üzündə gəzərək, baxmaz­lar­mı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı.

83O zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan biliyə görə lovğalanmışdılar. Halbuki, o lağ etdikləri şey onları bürümüşdü.

84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.

85Amma qəzəbimizi gördükləri zamankı imanları özlərinə yararlı olacaq deyildi. Allahın qulları haqqındakı davam edən təsəvvürü/fikri… Bax budur, kafirlər burada itirdilər, zərərə uğradılar.

(60/40, Mömin/82–85)

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

[3]Ərşi daşıyanlardan məqsəd, “Allah ilə əlaqədar bilikləri daşıyanlar”dır. Bunlar, Allahın varlığına, birliyinə, tanrılığına və rəbbliyinə nümunə olan bütün varlıqlar və Ərşin sahibi tərəfindən vəzifələndirilərək, Allah biliyini, “tövhid”i bir yerdən bir yerə götürənlər, Allahı tanıdıb, öyrədən peyğəmbərlərdir.

[4]Burada “vəfat” anı anladılır. Vəfat, “tamamilə vermək, əskiltmədən, yerinə yetirmək” deməkdir. Vəfat, Allahın insanlara, öləcəkləri andan dərhal öncə yaşadacağı, hər kəsə etdiklərini və etməli olduğu halda, təxirə saldıqlarını əskiksiz-artıqsız göstərəcəyi, xəbər verəcəyi bir andır. Başqa bir ifadə ilə, “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydləri ən incə dəqiqliyi ilə, eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət öncə, əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma” isə, insanın quruluşuna yaradılışdan yerləşdirilmiş olan “qoruyucular, dəlillər, elçilər, hafızə hüceyrələri” ilə təmin edilir. Rəbbimiz, məsələnin vacibliyini nəzərə çarpdıraraq, “ölmək, öldürmək” deməyərək, ölümü, ölüm öncəsinin o əsrarəngiz hadisələrinin adı ilə verir. “Vəfat” ilə əlaqədar geniş məlumat Təbyinül Quranda verilmişdir.