ŞURA SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 250

 

1,2Ha/8, Mim/40, Ayn/70, Sin/60, Qaf/100.[1]

3Ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allah sənə və səndən öncəkilərə bax budur, belə vəhy edər.

4Göylərdə və yerdə olan şeylər, sadəcə, Onundur. O, çox ucadır, çox böyükdür.

5Göylər üstlərində az qala çatlayacaq. Bütün güclər isə Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılırlar və yer üzündə olan insanlar üçün bağışlanma diləyirlər. Gözünüzü açın! Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

6Və Onun yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edən insanlar – Allah onların üzərində etdiklərini qeydə almaqdadır. Və sən onların üzə­rində canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri/vəkil deyilsən.

7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik.

Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir.

8Və əgər Allah diləsəydi, qətiliklə onları bir tək başçılı cəmiyyət edərdi. Lakin O, diləyəni mərhəmətinin içinə alır. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də, özləri üçün bir qoruyucu, yol göstərici yaxın və bir köməkçi olmayanlardır.

9Yoxsa Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirlər? Bax budur, Allah köməkçi, yol göstərici, qoruyucu yaxının məhz özüdür. Və O, ölüləri dirildər və O, hər şeyə gücü çatandır.

11Bax budur, O, göylərin və yerin yoxdan yaradanıdır/parçalayanıdır. O sizin üçün özünüzdən həm­tay­lar/zövcələr və heyvanlardan cütlər yaratmışdır. O, sizi bu sistemin içərisin­də törədib, çoxaldır. Onun bənzəri olacaq heç bir şey yoxdur. Və O, ən yaxşı eşidən, ən yax­­şı görəndir.

12Göylərin və yer üzünün kilidləri/açarları yalnız və yalnız Onundur. O, dilədiyi insan üçün ruzini genişlədər və nizamlayar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir.

13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər.

14Və onlar ancaq özlərinə bilik gəldikdən sonra aralarındakı azğınlığa görə ayrı­lı­ğa düşdülər. Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətin sonuna qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi. Və şübhəsiz ki, özlə­rin­dən sonra Kitaba varis qılınan insanlar Qurandan qətiliklə qərarsızlığa aparan bir şüb­hə içindədirlər.

15,10Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə  aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.[2]

(62/42, Şura/1–9, 11–15, 10)

Nəcm: 251

 

16Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbi qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür.

17Allah bu kitabı və tərəzini/ölçünü haqqla endirən Zatdır. Və sənə nə bildirir ki, bəlkə də o Qiyamətin qopma zamanı çox yaxındır!

18Ona inanmayan insanlar Qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə ondan qor­xuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər. Yaxşı bilin ki, Qiyamətin qop­ma zamanı haqqında mübahisə edənlər, qətiliklə, geri dönüşü olmayan bir pozğunluq içində­dirlər.

19Allah qullarına çox ərməğan verəndir. Dilədiyini/diləyəni ruziləndirir. Və O, hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

20Hər kim Axirət əkinini istəyərsə, Biz onun əkinində, onun üçün artdırarıq. Və hər kim dünya tarlasını istəyərsə ona da ondan verərik. Və onun üçün Axirətdə heç bir nəsib yoxdur.

(62/42, Şura/16–20)

Nəcm: 252

21Yoxsa onların Allahın dində izin vermədiyi şeyi onlar üçün qanuni qılmış ortaqlarımı vardır? Əgər “Fasl Sözü”[3] olmasaydı, aralarında qətiliklə işləri bitirilmişdi. Və şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır.

22Özlərinə vaqe olduğunda, qazandıqları şeylərə görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanların ürkdüklərini görərsən. İman etmiş, düzəltmək yönündə işlər edənlər isə cənnətlərin bağçalarındadırlar. Rəbbinin yanında, onlar üçün istədikləri şeylər vardır. Bax budur, bu, böyük ərməğanın məhz özüdür.

23Bax budur, bu, Allahın, iman edən, düzəltmək yönündə işlər edən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bu təbliğimə qarşı sizdən yaxınlıqda sevgidən başqa, heç bir ödəniş istəmirəm”. Və hər kim bir yaxşılıq/gözəllik edərsə, Biz onda olan yaxşılığı/gözəlliyi artırarıq. Şübhəsiz ki, Allah  çox bağışlayandır, qarşılığını verəndir.

24Ya da onlar: “Allah haqqında yalan uydurdu”mu? – deyirlər. Bax budur, əgər Allah diləyərsə, sənin də qəlbini möhürləyər, batili yox edər və sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olan şeyləri çox yaxşı biləndir.

(62/42, Şura/21–24)

Nəcm: 253

25Və O, qullarının tövbəsini qəbul edər, pisliklərdən əfv edər və sizin etməkdə olduğunuz şeyləri bilir.

26Və O, iman etmiş və düzəltmək yönündə işlər edənlərə qarşılıq verir və onlara ərməğanlarından daha artığını verir. Kafirlər isə… Şiddətli bir əzab onlar üçündür.

27Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir.

28Və O, insanlar ümidlərini kəsdikdən sonra, yağışı endirən və mərhəmətini yayan­dır. Və O, öyülməyə layiq olandır, köməkçi, yol göstərici, qoruyucu yaxındır.

29Və göylərin, yer üzünün yaradılması, göylərdə və yerdə hər dabbehdən/canlıdan törədib yayması, Onun əlamətlərindən/nümunələrindəndir. Və O, dilədiyi zaman onların hamısını toplamağa gücü yetəndir.

30Və sizə müsibətdən isabət edən şeylər, bax budur, öz əllərinizlə qazandıqlarınıza görədir. O da çoxunu əfv edir.

31Və siz, yer üzündə aciz buraxanlar deyilsiniz. Və sizin Allahın yaratdıqlarından bir yaxınınız yoxdur, köməkçiniz də yoxdur.

32–35Dənizdə dağlar kimi axıb gedənlər də, Onun əlamətlərindən/nümunələrindəndir. Əgər O, diləyərsə, küləyi durdurar və gedən  gəmilər dənizin üstündə durarlar. Şübhəsiz ki, bunda bütün çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən insanlar üçün necə əlamətlər/nümunələr vardır. Yaxud Allah, onların qa­zan­dıqları şeylərə görə o gəmiləri dəyişikliyə/dağıntıya uğradar. Bir çoxunu da bağışlayar. Və ayələrimiz/əlamətlərimiz/ nümunələrimiz haqqında mübahisə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər.

36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır.

(62/42, Şura/25–39)

Nəcm: 254

40Və bir pisliyin cəzası, onun kimi bir pislikdir. Amma kim əfv edər və düzəldərsə, artıq onun ödənişi Allaha aiddir. Şübhəsiz ki, O, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

41Kim də haqsızlığa uğradıqdan sonra haqqını alırsa, bax budur, onların əleyhinə bir yol yoxdur.

42Yol ancaq  insanlara haqsızlıq edən və yer üzündə haqsız yerə azğınlıq edənlərin əleyhinədir. Bax budur, onlar  özləri üçün acı bir əzab olanlardır.

43Hər kim ki, səbr edər və qüsuru bağışlayarsa, şübhəsiz, bax budur, bu, qətiliklə işlərin əzmindəndir.

44Və Allah hər kimi azdırırsa, artıq bundan sonra onun üçün heç bir köməkçi, yol gös­tərici, qoruyucu yaxın yoxdur. Və sən əzabı gördüklərində şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin: “Geri dönüş yerinə bir yol vardırmı?” – dediklərini gö­rər­sən.

45Və sən  onları alçaqlıqlarına görə, başları önə əyilmiş, gözucu gizli-gizli ət­ra­fa baxarkən, atəşə atıldıqlarını görəcəksən. İman edənlər isə: “Şübhəsiz, zə­rərə uğrayanlar, özlərini və ailələrini, yaxınlarını Qiyamət günü zərərə uğratmış olan insanlardır”– dedilər. Gözünüzü açın! Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, həmişəlik bir əzab içindədirlər.

46Onlar üçün Allahın yaratdıqlarından özlərinə kömək edəcək heç bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. Allah kimi də azdırırsa, artıq onun üçün hər hansı bir yol yoxdur.

47Allahdan özləri üçün dönüş yeri olmayan, geri çevrilə bilməyəcək gün gəlmədən öncə  Rəbbinizin çağırışlarına qarşılıq verin. O gün  sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanınmayacaq hala düşmək/tanınmamaq yoxdur.

48Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur.

(62/42, Şura/40–48)

Nəcm: 255

49,50Göylərin və yer üzünün hökmranlığı yalnız Allahındır. O, dilədiyini yaradır, dilədiyinə ancaq qız, dilədiyinə də ancaq oğlan bəxş edər. Yaxud Allah onları oğlan və qız olaraq taylaşdırır. Dilədiyini də qısır edər. Şübhəsiz ki, O, ən yaxşı bilən, çox güclü olandır.

51Və bir bəşər üçün, bir vəhy[4] ilə və ya pərdə arxasından, yaxud bir elçi göndərərək izni ilə/biliyi ilə dilədiyini vəhy etməsi istisna olmaqla, Allahın ona söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldıcıdır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən ­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər.

(62/42, Şura/49–53)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Rəsmi Tərcümədəki 10–cu ayəni, texniki və mənaya uyğunluğuna görə 15–ci ayədən sonra tərtib etdik.

[3]Rəbbimizdən Keçən Söz: Ayədə bəhs edilən söz, Rəbbimizin cəzaları, “adı qoyulmuş vaxta qədər ertələmə” qaydasıdır. Uca Allah, bu qaydasından və bu qaydanı pozmayacağından Rəsmi Düzülüş: Şura/14, Hud/110, Fatir/45, Fussilət/45 və Ta–Ha/129–da da bəhs etmişdir.

[4]Ayədəki, “müdhiş qüvvətləri olan, “üstün ağıl sahibi olan” və “ərşdə hegemonluq quran” ifadələri ilə, “Allah” qəsd edilir. Təbii sözlər, həqiqi mənasından məcazi mənaya çəkilməli və burada qəsd olunanın, birbaşa Allah deyil, Onun təcəllisi, qüdrətinin inikası olduğu bilinməlidir. Belə ki, Allahın, Musa peyğəmbərin ilk vəhy alması əsnasında da “dağda, ağacda bir atəş” olaraq təcəlli etdiyi Quranda yer alır.

Ayədə keçən “vəhy” sözünün vəz edilmə [ilk mövzu, törədiliş] mənası, “gizlincə bilikləndirmək”dir. Zaman keçdikcə bu məna çərçivəsinə uyğun olaraq, “gizli mövzu etmə, işarə etmə, əmr etmə, ilham etmə, dolayı yolla anlatma, pıçıldama, məktub yazma, elçi göndərmə” mənalarında da işlədilmişdi. “Vəhy”in termin mənası isə, “Allahın vasitəsiz və vasitəçisiz olaraq əmrlərini, hökmlərini gizlicə və sürətlə peyğəmbərlərinə bildirməsi”– dir. “Vəhy” sözü ilka sözü ilə uyğun mənalarda işlədilir. Vəhyin necə həyata keçdiyini bilmirik, bilməyəcəyik də. Belə ki, Allah, yoxdan var etmə işi kimi, bu işi də, “Öz işindən biri, kimsənin etmədiyi, edə bilməyəcəyi bir iş” olaraq, xarakterizə edir.