MƏKKƏ DÖVRÜ
Nəcm: 128
8Bax budur, sağın əhli… Sağın əhli nədir?
9Və solun əhli… Solun əhli nədir?
10Önə keçənlər də önə keçənlərdir.
11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır.
12Bax budur, önə keçənlər Nəim cənnətlərindədirlər.
13,14Bir çoxu əvvəlkilərdəndir, çox azı isə sonrakılardandır.
24Onlar, etdiklərinə qarşılıq olaraq, 15ləl-cəvahiratlarla işlənmiş taxtlar üzərindədirlər. 16Qarşılıqlı olaraq onların üzərində söykənirlər. 17,23Ətraflarında qaynağından doldurulmuş dolçalar, sürahilər, qədəhlər vardır ki, ondan nə başları ağrıyar, nə də ağılları örtülər; xoşladıqları meyvələr, ürəkləri istəyən quş əti; qorunmuş mirvarilər kimi iri gözlülər, heç böyüdülməyən uşaqlar dolaşarlar. 25Orada boş söz, lağlağı və günaha çəkən şeyləri eşitməzlər. 26Sadəcə, söz olaraq: “Salam, salam [sağlıq, salamatlıq, xoşbəxtlik]!”
27–34Və sağın dostları, nədir o sağın dostları! Onlar, tikansız albalı, meyvə düzülü bananlar/akasiyalar, uzanmış kölgələr, fışqıran su, kəsilməyən/tükənməyən və qadağan olunmayan bir çox meyvələr və yüksəldilmiş döşəklər üstündədirlər.
35Şübhəsiz Biz gilası, bananı, kölgələri, fışqıran suyu elə bir yaradılışla yaratdıq 36–38ki, onları sağın əhli üçün cəzbedici olan və hamısı bir nizamda heç toxunulmamışlar etdik.
39,40Bir camaat, çoxu əvvəlkilərdəndir. Bir camaat da sonrakılardandır.
41Və solun əhli… Nədir o solun əhli?
42–48Onlar içlərinə işləyən bir atəş və qaynar su içindədirlər. Sərin olmayan, sevimli olmayan, qapqara dumandan bir kölgə içindədirlər. Şübhəsiz, solun əhli bundan əvvəl var-dövlət içində zövq və əyləncəyə dalanlar idilər. Və böyük günah – Allaha ortaq qoşmaq barədə israr edirdilər. Və: “Biz ölüb, torpaq və sümük yığını olduqdan sonramı, biz həqiqətənmi qaldırılacağıq? Əvvəlki atalarımızdamı?”– deyirdilər.
Nəcm: 129
49,50De ki: “Şübhəsiz, əvvəlkilər və sonrakılar məlum bir günün bəlli vaxtında – görüş yerinə tam yəqinliklə bilin ki, toplanacaqlar. 51Sonra şübhəsiz ki, siz, ey pozğunlar, yalan sayanlar! 52Tam yəqinliklə bilin ki, zəqqumdan olan bir ağacdan yeyəcəksiniz 53Və qarınlarınızı onunla dolduracaqsanız. 54Sonra da onun üstündən qaynar su içəcəksiniz. 55Həm də susuzluq azarına tutulmuş dəvələrin içdiyi kimi içəcəksiniz”. 56Bax budur, bu, din günündə onların ziyafətləridir.
57Biz sizi yaratdıq, təsdiq etməli deyilsinizmi? 58Yaxşı, töküb durduğunuz şeyi [spermanı, yumurtanı] heç düşündünüzmü? 59Sizmi əmələ gətirirsiniz onu, Bizmi əmələ gətiririk?
60,61Ölümü aranızda Biz nizamladıq, Biz! Və Biz sizi bənzərlərinizlə dəyişdirməyimiz və sizi bilmədiyiniz bir şəkildə yenidən inşa etməyimiz üçün qarşısı alınacaqlar/mane olunacaqlar deyilik.
62Və and olsun ki, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd almalı deyilsinizmi?
63Yaxşı, əkib durduğunuz şeyi heç düşündünüzmü?
64Sizmi bitirirsiniz onu, yoxsa Bizmi bitirənlərik?
65–67Biz diləsəydik, tam yəqinliklə bilin ki, onu quru bir çöp edərdik və siz “Şübhəsiz, biz borc altına girmiş insanlarıq! Daha doğrusu, biz hər şeyi əlindən alınmış, yoxsul buraxılmış insanlar imişik!” – deyərək çaşıb qalardınız. 68Yaxşı, içdiyiniz suyu heç düşündünüzmü?
69Sizmi buluddan endirdiniz onu, yoxsa Bizmi endirənlərik?
70Diləsəydik onu duzlu edərdik. O halda qarşılığını ödəməli deyilsinizmi?
71Yaxşı, yandırdığınız o atəşi/oksigeni heç düşündünüzmü?
72Sizmi atəşin/oksigenin ağacını inşa etdiniz, yoxsa Bizmi inşa edənlərik?
73Biz atəşi/oksigeni bir ibrət/xatırlatma və çöl yolçularına bir fayda etdik.
74Elə isə böyük Rəbbinin adını arındır/nöqsanlıqlardan uzaq tut! Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!
(46/56, Vaqiə/49–74)
Nəcm: 130
75Artıq xeyr. Nəcmləri/hər endirilmədə gələn ayələrin yerlərini/zamanlarını, enişini sübut göstərirəm ki, 76və əgər bilirsinizsə, bu böyük bir sübutdur, 77heç şübhəsiz ki, o, şərəfli Qurandır. 78Mühafizə olunmuş/qorunmuş bir kitabdadır. 79Ona zehni/düşüncəsi/təfəkkürü təmizlənmişlərdən başqası təmas edə bilməz. 80O, aləmlərin Rəbbindən endirilmədir.
81Yaxşı, indi siz bu Sözü/Quranımı xor gorürsünüz?
82Və dolanışığınızı yalan sayaraqmı təmin edirsiniz/verilən ruzilərə yalan sayaraqmı qarşılıq verirsiniz?
(46/56, Vaqiə/75–82)
Nəcm: 131
83–85Ancaq can boğaza gəlib dayandığı zaman, siz də o zaman, onun qarşısında gözləyirsiniz. Biz isə ona sizdən daha yaxınıq. Və lakin siz görməzsiniz.
86,87Yaxşı, əgər cəzalandırılmayacaqsınızsa, əgər doğrulardansınızsa boğaza gəlib çatmış, çıxmaqda olan canı geri çevirməli deyilsinizmi?
88,89Amma əgər o, yaxınlaşdırılanlardandırsa, artıq rahatlıq, gözəl ətirli ruzi və bol nemətlərin cənnəti vardır.
90,91Və əgər o, sağın əhlindəndirsə, artıq sənə sağın əhlindən salam!
92–94Amma əgər o, haqq yoldan azmış yalançılardandırsa, bax budur, qaynar sudan bir ziyafət! Və cəhənnəmə atılma!
95Şübhəsiz, bax budur! Bizim çatdırdıqlarımız dəqiq bilikdir, həqiqətin məhz özüdür.
96Elə isə, böyük Rəbbinin adını arındır/Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!
(46/56, Vaqiə/83–96)