Zəriyət surəsinin Məkkədə enən 67-ci surə olduğu qəbul edilir. Surə adını 1-ci ayəsindəki “الذّاريات ez-Zəriyət [tozu dumana qatanlar]” sözündən almışdır. Vəd edilənlərin doğruluğu və qiyamətin qətiliklə vaqe olacağını vurğulayaraq başlayan surədə, Axirət mövzuları və Axirətə aid səhnələr; öldükdən sonra dirilmə, hesab, inkarçıların cəzalandırılması, müttəqilərin böyük nemətlərə qovuşması kimi müxtəlif mövzular ələ alınır. Həmçinin afaq və enfüsdəki möhtəşəmliklərə [...]
Adını 21-ci ayədə keçən “احقاف Əhqaf [Qum təpələri]” sözündən alan surənin Məkkədə enən 66-cı surə olduğu qəbul edilir. 10, 15 və 35-ci ayələrinin Mədəni olduğuna dair nəqllər də mövcuddur. [1] Ancaq ayələrinin bir-biriylə bağı elə olmadığını göstərir. Bu surədə də əvvəlcə Qurana diqqət çəkilir, ardından müşriklərin Allahın elçisinə qarşı göstərdikləri yersiz və yaraşıqsız münasibətlər sərgilənərək möminlərə və yalan[...]
Adını 28-ci ayədə keçən “جاثية Casiyə [diz çökən]” sözündən alan bu surənin Məkkədə enən 65-ci surə olduğu qəbul edilir. Surəyə, 18-ci ayədə keçən “شريعة şəriət” sözünə görə “Şəriət surəsi”, 24-cü ayədə keçən “الدّهر əddəhr” sözünə görə də “Dəhr surəsi” deyilir. 14-cü ayənin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1] Bəhs edilən ayənin siyak və sibakıyla uyumu nəzərə alındığında bunun[...]