MƏKKƏ DÖVRÜ Nəcm: 263 1Ha/8. Mim/40.[1] 2–7Açıq-aydın/açıqlayan Kitaba and olsun ki, şübhəsiz, Biz Öz qatımızdan bir iş olaraq, onu haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla dolu/sağlam, hər işin/var olmanın özündə ayırd edildiyi, hər şeyin bol-bol verildiyi, qazancın bol olduğu bir gecədə endirdik. Şübhəsiz ki, Biz xəbərdar edənlərik. Şübhəsiz ki, Biz Rəbbindən – [...]
MƏKKƏ DÖVRÜ Nəcm: 256 1Ha/8, Mim/40.[1] 2,3Açıq-aydın/açıqlayan kitab dəlildir ki, Biz onu ağlınızı işlədəsiniz deyə, ərəbcə bir kitab etdik. 4Və şübhəsiz, Quran Bizim nəzdimizdəki ana qaynaqda (orijinalda) həqiqətən çox ucadır və qanunlar ehtiva edir, sağlamdır/pozulmasının qarşısı alınmışdır. 5Yaxşı, Biz siz həddi aşan bir cəmiyyət oldunuz deyə, o Öyüdü/Quranı sizə göndərməkdən əlmi çəkək? 60Və əgər Biz diləsəydik[...]
MƏKKƏ DÖVRÜ Nəcm: 250 1,2Ha/8, Mim/40, Ayn/70, Sin/60, Qaf/100.[1] 3Ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allah sənə və səndən öncəkilərə bax budur, belə vəhy edər. 4Göylərdə və yerdə olan şeylər, sadəcə, Onundur. O, çox ucadır, çox böyükdür. 5Göylər üstlərində az qala çatlayacaq.[...]