Monoqrafiya XVIII–XIX yüzillik Azərbaycan milli geyimlərinin biçim üsullarını, tikiş xüsusiyyətlərini, naxış–bəzək elementlərini və geyim dəstlərinin geyilmə tərzini aydınlaşdırır. Monoqrafiyada təqdim olunan bütün geyimlərin ülgüləri də kitaba daxil edilib.
Monoqrafiya moda rəssamı və geyim mühəndisliyi fakültələrinin bakalavr və maqistrləri üçün, həmçinin Azərbaycan milli geyimlərini hər hansı üsulla təbliğ etməyə, göstərməyə–görüntüləməyə çalışan mütəxəssislər, kino və teatr mütəxəssisləri, sənətkarlar, eyni zamanda milli geyimləri öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif: Dünyamalıyeva Sabirə S.q.
Nəşriyyat: “Fəxrimfilm” KVS, 2015, ofset çap üsulu. Rəngli.
Səhifə sayı: 9 çap vərəqi (138 səhifə).
İSBN: 978–9952–8290–7–5
Qiymət: Razılaşma ilə
Formatı: 64×90 1/16